330x110
 

“Rolls-Royce” “Bergen Engines” zavodunu 63 mln. avroya satır

04.08.2021,15:29


4 avqust, Fineko/abc.az.  “Rolls-Royce” şirkəti “Bergen Engines” adlı mühərrik istehsalı zavodunu 63 milyon avroya “Langley” konserninə satır.

ABC.AZ banker.az-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Verilən məlumata görə, konsern müqavilə çərçivəsində dizel və qaz mühərrikləri istehsalı zavodu, xidmət emalatxanası, o cümlədən dünyanın yeddi ölkəsində fəaliyyət göstərən xidmət mərkəzləri şəbəkəsini əldə etmir olur.

“Rolls-Royce” satış müqaviləsi barədə Norveç hökumətinə artıq məlumat verib. Müqavilənin 31 dekabr 2021-ci ildə bağlanması planlaşdırılır.

Qeyd edək ki, indiyə qədər Norveç donanması mühərrikləri “Bergen Engines” zavodundan alıb. Fevral ayında “TMX” və “Rolls-Royce” zavodun satışı ilə bağlı 150 milyon avroluq müqavilə bağlamaq istəsə də, Norveç hökuməti milli təhlükəsizliyə görə müqaviləyə xitam verib.