Prezident Ermənistanın təcavüzü nəticəsində zərər dəymiş məktəblərin təmirinə 7 milyon manat ayırdı

15:55 - 4.08.2021


4 avqust, Fineko/abc.az. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7 milyon manat vəsait ayrıldı.

 

Bütün xəbərlər