Ceyhun Bayramov işğaldan azad olunmuş ərazilərə yapon investorlarını dəvət edir

16:20 - 4.08.2021


4 avqust, Fineko/abc.az. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu arasında telefon danışığı olub.

ABC.AZ XİN-in məlumatına istinadla xəbər verir ki, nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

C.Bayramov, hazırkı çətin vəziyyətdə “Tokio-2020” Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkili münasibətilə yapon həmkarını təbrik edib.

Həmçinin, Ceyhun Bayramov yapon həmkarına işğaldan azad olunmuş ərazilərdə post münaqişə dövründə aparılan bərpa və quruculuq işləri və xarici ölkələrin, o cümlədən yapon investorların bu prosesdə iştirakı imkanları barədə ətraflı məlumat verib.

 

Bütün xəbərlər