Rusiya bank sektorunun Azərbaycandakı aktivlərinin həcmi azalıb

16:40 - 4.08.2021


4 avqust, Fineko/abc.az. 2021-ci ilin aprelin 1-nə Rusiyanın bank sektorunun Azərbaycandakı aktivlərinin həcmi 705,4 mln. ABŞ dolları təşkil edib.

ABC.AZ apa-ya istinadla xəbər verir ki, Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) bu göstəricisi 2021-ci ilin əvvəli ilə müqayisədə 1,3% azalıb. Cari ilin aprelin 1-nə Rusiyanın bank sektorunun ölkədəki öhdəliklərinin həcmi isə 346,89 mln. dollar təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 11,6% azalıb. Beləliklə, Rusiya bank sektorunun Azərbaycandaki xarici aktivlərinin və öhdəliklərinin saldosu 358,51 mln. dollar təşkil edib.

Qeyd edək ki, Rusiyanın bank sektorunun Azərbaycandakı aktivləri dedikdə, Rusiya banklarının Azərbaycandakı rezindətlərə maliyyə tələblərinin dəyəri nəzərdə tutulur. Öhdəliklərə gəldikdə isə, burada Rusiya banklarının ölkədəki rezindətlər qarşısındakı maliyyə öhdəlikləri əks olunur.

 

Bütün xəbərlər