“PepsiCo” şirkəti “Tropicana” və digər markaları 3.3 mlrd. dollara satır

17:14 - 4.08.2021


4 avqust, Fineko/abc.az. “PepsiCo” şirkəti “Tropicana”, “Naked” və Amerikanın digər meyvə şirələri markalarını “PAI Partners”a 3.3 milyard dollara satacaq.

ABC.AZ banker.az-a istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bununla yanaşı, “Pepsi” ABŞ-dan satılan meyvə şirələri markalarını qida xidməti kimi kanallar vasitəsilə yaymaq hüququnu əldə edəcək.

“PAI Partners” müqavilədən sonra Avropada bəzi “Pepsi” müəssisələrini satın ala biləcək.

“Pepsi” əldə etdiyi pulları maliyyə vəziyyətini gücləndirmək və biznesə investisiya yatırmaq kimi sahələrə xərcləyəcəyini bildirib. 2020-ci ildə müqavilədə iştirak edən markalar “Pepsi”yə təxminən 3 milyard dollar gəlir gətirib. 2020-ci ildə “Pepsi”nin xalis mənfəəti 70.37 milyard dollar təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə “Pepsi” səhmləri 5% artaraq bazar dəyərini 216 milyard dollara yüksəldib.

 

Bütün xəbərlər