Mikayıl Cabbarov: Vergi ödəyicilərinin sayı artıb

11:26 - 5.08.2021


5 avqust, Fineko/abc.az.  2021-ci ilin ilk altı ayında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 401, ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31 738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 176 794 təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, Azərbaycanda hazırda iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur.

 

Bütün xəbərlər