“Günay Sığorta”da işçilərin sayı azalıb

11:28 - 5.08.2021


5 avqust, Fineko/abc.az. “Günay Sığorta”nın 2-ci rübdə işçilərinin sayı 135 nəfər təşkil edib.

ABC.AZ banker.az-a  istinadən xəbər verir ki, bu barədə sığorta şirkətinin maliyyə hesabatına deyilir.

2021-ci ilin 1-ci rübünə isə sığorta şirkətinin işçilərinin sayı 136 nəfər olub ki, bu da 1 nəfərin azalması deməkdir.

“Günay Sığorta”da ötən ilin sonuna çalışan işçilərin sayı 144 nəfər təşkil edib. Belə ki, son 6 ayda “Günay Sığorta”nın işçiləri 9 nəfər azalıb.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb.

 

Bütün xəbərlər