Gürcüstanda son sutkada koronavirusdan 38 nəfər vəfat edib

11:43 - 5.08.2021


5 avqust, Fineko/abc.az. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən verilən məlumata görə, son sutkada koronavirusa 3 670 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər vəfat edib.

Bugünədək ölkədə COVID-19-a yoluxanların ümumi sayı 436 573-ə, ölənlərin ümumi sayı isə 5 986-ya çatıb, aktiv xəstə sayı 37 108 nəfərdir.

Ötən 24 saat ərzində 2 626, ümumilikdə isə 393 453 nəfər müalicə olunaraq sağalıb.

 

Bütün xəbərlər