Rusiyada son sutkada 794 nəfər koronavirusdan vəfat edib

12:20 - 5.08.2021


5 avqust, Fineko/abc.az. Rusiyada Operativ Qərargahın məlumatına görə, son sutka ərzində daha 23 120 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 794 nəfərin isə koronavirusdan öldüyü bildirilib.

Xəbər verilir ki,  beləliklə də ölkədə COVID-19-a yoluxanların sayı 6 379 904, ölənlərin sayı 162 509 nəfərə çatıb.

 

Bütün xəbərlər