AMB valyuta hərracında banklara $40,2 mln. satıb

12:32 - 5.08.2021


5 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 5-də baş tutmuş valyuta hərracında banklara $40,2 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $40,2 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər