Sumqayıtda sudan qanunsuz istifadə halları aşkarlanıb

16:06 - 5.08.2021


5 avqust, Fineko/abc.az. Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Aparılan yoxlamalar zamanı məlum olub ki, Bakı-Sumqayıt avtomobil magistralının kənarında yerləşən “Qu Gölü” restoranında su sayğacı olsa da su təchizatı  sayğacdankənar xətt vasitəsilə aparılıb, həmçinin “Məhəllə” adlanan kafedə də sudan uçotsuz istifadə halı üzə çıxıb.

Nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin ətraf qəsəbə və yeni yaşayış massivlərində bəzi sakinlərin sudan uçotsuz və sayğacdankənar istifadə etdiyi məlum olub.

Aşkarlanan hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq, ödənişə yönəldilib.

 

Bütün xəbərlər