“Bryanskiy Broyler” şirkətinin məhsulları yararsız çıxdı

17:18 - 5.08.2021


5 avqust, Fineko/abc.az. Rusiyadan ölkəmizə idxal olunan quşçuluq məhsulu partiyalarının istehlak üçün yararsız olduğu aşkarlanıb.

ABC.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, Rusiya Federasiyasından ölkəmizə cari ilin mart ayında “Bryanskiy Broyler” MMC quşçuluq məhsullarının istehsalı müəssisəsində istehsal olunan məhsulların (toyuq qiyməsi) idxalı zamanı məhsul partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində mikrobioloji (Salmonella <25g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar olunub.

Cari ilin iyun ayında “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq dərisi idxal olunarkən növbəti dəfə təhlükəsizlik parametrlərinə görə uyğunsuzluqlar (Salmonella <25g) aşkar edilib.

 

Bütün xəbərlər