BP-də azərbaycanlı işçilərin sayı azalıb

17:26 - 6.08.2021


6 avgust, Fineko/abc.az. Cari il iyulun 1-nə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2344 nəfər olub. Bu ötən il iyulun 1-i ilə müqayisədə 5,6% azdır.

ABC.AZ “BP-Azerbaijan” şirkətinin açıqlamasına istinadən xəbər verir ki, işçi sayına müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, - deyə şirkət bəyan edib.

 

Bütün xəbərlər