330x110
 

"Rəvan Sığorta"nın səhmləri dövriyyədən çıxarılacaq

09.08.2021,14:34


9 avqust, Fineko/abc.az. Sentyabrın 7-də ləğv prosesində olan “Rəvan Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ report-a istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində deyilir.

Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 40 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Rəvan Sığorta”nın nizamnamə kapitalını təşkil edən səhmlərin dövriyyədən çıxarılması məsələsi daxildir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı "Rəvan Sığorta"nın lisenziyasını bu ilin mart ayında ləğv edib. Bu qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə uyğun olaraq, şirkətin könüllü müraciəti əsasında qəbul olunub.