Azərbaycanda 5 bankın öhdəlikləri 1 mlrd manatdan çoxdur

11:02 - 10.08.2021


10 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (7 376,373 milyon manat), “PAŞA Bank” (5 399,578 milyon manat), “Kapital Bank” (5 150,448 milyon manat), “Xalq Bank” (1 785,357 milyon manat) və “Bank Respublika” (1 125,383 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 18-də öhdəliklər 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

 

Bütün xəbərlər