Fond sığortaçı axtarır

11:29 - 10.08.2021


10 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu - fondun işçilərinin könüllü tibbi sığortalanması üçün tender keçirir.

Tenderdə iştirak haqqı 300 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 16.09.2021 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.09.2021 17:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 27.09.2021 15:00tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Gülzar Əliyeva

Telefon: (+99412) 441-24-23 (daxili 195)

Bütün xəbərlər