İsrailin iki aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

09:58 - 11.08.2021


11 avqust, Fineko/abc.az. "Arkia Airlines” və “Israir Airlines” İsrail aviaşirkətləri tərəfindən Təl-Əviv–Bakı–Təl-Əviv istiqamətlərində hava daşımalarının həyata keçirilməsi məqsədilə Azərbaycanın Milli aviadaşıyıcısı Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə alıb.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən ABC.AZ-a bildirilib ki, “Arkia Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna və geri istiqamətdə uçuşların həyata keçirilməsi üçün lazımi icazə verilib.

Eyni marşrut üzrə “Israir Airlines” aviaşirkəti tərəfindən avqustun 15-dən etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri uçuşların həyata keçirilməsinə icazə alınıb. Avqustun 18-dən etibarən aviadaşıyıcının uçuş cədvəlinə həftənin çərşənbə günləri daha bir reys əlavə olunacaq.

Bundan əlavə, AZAL həftədə iki dəfə - cümə axşamı və bazar günləri Təl-Əviv–Bakı–Təl-Əviv marşrutu üzrə xüsusi reyslər yerinə yetirir.

 

Bütün xəbərlər