330x110
 

İlham Əliyev Azərbaycanın dörd bölgəsində təhsil infrastrukturunun inkişafı üçün təxminən 4,4 milyon manat ayırıb

03.04.2018,11:40


3 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı üzrə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2018-ci il dövlət büdcəsindən 776 məktəbli üçün 14 məktəb ərazisində tikinti üçün dövlət büdcəsindən 4,392 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə maliyyələşdirmə, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Açar sözlər: İlham Əliyev