Azərbaycan Rusiyaya başsağlığı verib

12:06 - 12.08.2021


12 avqust, Fineko/abc.az. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada “Mİ-8” helikopterinin qəzaya uğraması ilə bağlı bu ölkəyə başsağlığı verib.

ABC.AZ xəbər verir ki, başsağlığı mətni nazirliyin tviter səhifəsində yayılıb.

“Kamçatkanın Kuril adaları bölgəsində “Mİ-8” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında bildirilib.

 

Bütün xəbərlər