Perm-Bakı istiqamətində uçuşlar başlayır

14:48 - 12.08.2021


12 avqust, Fineko/abc.az. Rusiyanın “Nordwind” hava yolları şirkəti 18 avqustdan etibarən Permdən Bakıya uçuşlara başlayacaq.

Xarici KİV-lərə istinadən xəbər verilir ki, aviareyslər həftədə bir dəfə olmaqla, hər çərşənbə günü həyata keçiriləcək.

Məlumatda qeyd edilib ki, ilk aviareys avqustun 18-i tarixinə nəzərdə tutulub. Aviareyslər "Boeing-737" təyyarəsi ilə həyata keçiriləcək.

Xatırladaq ki, Permdən Bakıya “Ural Hava Yolları” aviaşirkəti də uçuşlar həyata keçirir.

Qeyd edək ki, “Nordwind” şirkəti Rusiyanın ən böyük aviaşirkətlərindən biridir.

 

Bütün xəbərlər