BMT: Oxçuçayın təmizlənilməsində Azərbaycana kömək etməyə hazırıq

10:16 - 13.08.2021


13 avqust, Fineko/abc.az. BMT rəsmisi Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsinə münasibət bildirib.

ABC.AZ xəbər verir ki, bununla bağlı “Report”un sualını cavablandıran BMT-nin Ətraf Mühit Proqramının (UNEP – “The United Nations Environment Programme”) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Keişamaza Rukikaire məsələdən xəbərsiz olduqlarını deyib.

“Azərbaycan dövləti bu məsələ ilə bağlı BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əlaqə yaratmayıb. Ancaq tələb olunarsa, Ətraf Mühit Proqramı təcrübə və səlahiyyətlərimiz daxilində Azərbaycana kömək göstərməyə hazırdır. Bunu BMT-nin Azərbaycandakı Rezident Koordinatorunun koordinasiyası və rəhbərliyi altında edə bilərik”, - deyə o bildirib.

 

Bütün xəbərlər