İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb

16:20 - 13.08.2021


13 avqust, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb.

BFB-dən ABC.AZ-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən emissiya edilmiş AZ2031008686, AZ2032008685, AZ2033008684, İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.

İKZF-dən daxil olan məlumata əsasən, avqustun 12-də AZ2031008686, AZ2032008685, AZ2033008684, İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, avqustun 12-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 773,07 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 773,07 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2031008686, AZ2032008685, AZ2033008684, İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 773,07 manat olması nəzərə alınmalıdır.