14:35 - 16.08.2021
16 avgust, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Kalininqrad-Bakı marşrutu ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün təyin edilib.
ABC.AZ “İnterfaks-Azərbaycan”-a istinadla xəbər verir ki, ““Azərbaycan ilə Rusiya arasında hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq haqqında” Hökumətlərarası Sazişin 4-cü maddəsinə uyğun olaraq AZAL Bakı-Kalininqrad-Bakı marşrutu üzrə beynəlxalq daşımaların həyata keçirilməsi üçün təyin edilib”, - deyə Azərbaycanın RF-dəki səfirliyinin Rusiya XİN-ə ünvanladığı məktubunda bildirilir.
Məlumata görə, səfirlik, həmçinin RF XİN-dən müvafiq informasiyanı Rusiyanın əlaqədar qurumlarına çatdırmağı xahiş edir.
Hazırda AZAL Rusiyanın 8 şəhərinə: Moskva (bütün hava limanları), Həştərxan, Yekaterinburq, Kazan, Mineralnıye Vodı, Novosibirsk, Sankt-Peterburq və Ufaya birbaşa uçuşlar həyata keçirir.
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024