Azərbaycan ilk dəfə əlil arabaları istehsal edəcək

16:47 - 17.08.2021


17 avgust, Fineko/abc.az. Azərbaycanda ilk dəfə əlil arabaları istehsal olunacaq. Əlil arabalarının istehsalına İsmayıllı Velosiped Zavodunda (İSMA BİKE) başlanacaq.

ABC.AZ banker.az-a istinadla xəbər verir ki, bu məlumatı zavodun icraçı direktoru Hafiz Həsənov da təsdiqləyib.

O bildirib ki, artıq bununla bağlı Çinlə razılıq əldə olunub.

“Üç ay sonra zavodda əlil arabalarının istehsalına başlanılacaq. Çinlə razılaşmışıq, 10-15 gündən sonra xammalları sifariş edəcəyik. Xammal 2-3 ay ərzində ölkəyə gələcəyi üçün təxminən 3 ay sonra əlil arabalarının istehsalına start veriləcək”.

 

Bütün xəbərlər