“Azərsu” Binəqədinin su təchizatı sistemlərini yeniləyir

15:14 - 18.08.2021


18 avqust, Fineko/abc.az. “Azərsu” ASC-nin daxili imkanları hesabına Binəqədi-Xırdalan şossesinin sağ hissəsində yerləşən yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradır.

ABC.AZ-a Qurumdan verilən məlumata görə, sakinlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə yeni layihənin icrasına başlanılıb. Layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən bütün fərdi su xətləri ləğv olunur. Burada müxtəlif diametrli borularla 5,7 km uzunluğunda içməli su şəbəkəsi yaradılır. Layihənin əhatə etdiyi ərazidə 500-dək fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq və sayğaclar quraşdırılacaq.

Tikinti-quraşdırma işlərinin cari ilin oktyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.

 

Bütün xəbərlər