Azərbaycanda son sutkada koronavirus infeksiyasına 4129 nəfər yoluxub

17:11 - 18.08.2021


18 avqust, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 4129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən xəbər verir ki, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib, aktiv xəstə sayı 30 954 nəfərdir.

 

Bütün xəbərlər