330x110
 

Şahmar Mövsümov: Sentyabrın 15-də dərslərin bərpa olunması nəzərdə tutulur

20.08.2021,14:43


20 avqust, Fineko/abc.az. “Sentyabrın 15-də dərslərin bərpa olunması nəzərdə tutulur”.

Bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, valideynlərin vaksinasiya olunması ilə bağlı hər hansı bir tələb yoxdur

“Ancaq təhsil işçilərinin 80 faizinin peyvənd olunması ilə bağlı tələb var”.