Azərbaycan xaricdən 29 mln manat dəyərində müxtəlif növ vaksinlər alıb

16:11 - 20.08.2021


20 avqust, Fineko/abc.az. Cari ilin 7 ayında Azərbaycan xaricdən 17 milyon 348 min ABŞ dolları (29 milyon 492 min manat) dəyərində 11,46 ton insanlar üçün müxtəlif növ vaksinlər idxal edib. Bu isə  2020-ci ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 2 dəfə, dəyər ifadəsində isə 8,1 dəfə çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Qeyd olunur ki, dəyər ifadəsində vaksinlərin 81,2%-i (14 milyon 89 min dollarlıq (23 milyon 951 min manat), 1,25 ton) Çindən gətirilib. Həcm ifadəsində isə vaksinlərin çoxu (56,4%-i) Hindistandan gəlib. Hesabat dövründə sözügedən ölkə Azərbaycana 1 milyon 227 min dollar (2 milyon 86 min  manat) dəyərində 6,46 ton insan vaksinləri tədarük edib.

Bütün xəbərlər