“Füzuli” Beynəlxalq hava limanında sınaq uçuşları başlayıb

10:03 - 23.08.2021


23 avqust, Fineko/abc.az. “Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.

Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC xəbər verir.

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

 

Bütün xəbərlər