330x110
 

Naxçıvanda orta aylıq əməkhaqqı 3% artıb

23.08.2021,10:57


23 avqust, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun ayında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 540,8 manat təşkil edib. Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3% çoxdur.

Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsi məlumat verir.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 536,4 manata bərabər olub.