330x110
 

Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyası yenidən gündəmdə

24.08.2021,14:02


24 avgust, Fineko/abc.az. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya və delimitasiya məsələsini yenidən gündəmə gətirib.

ABC.AZ-ın məlumatına görə, N.Paşinyan sözügedən mövzunu parlamentin iclasında açıb.

O qeyd edib ki, Azərbaycanla sərhədin delimitasiya və demarkasiyasına maksimum tez başlamaq lazımdır.

“Təəssüf edirəm ki, yazda siyasi qalmaqal səbəbindən planlaşdırılan nəticəyə nail olmaq mümkün olmadı. Ermənistan-Azərbaycan sərhədinin bir neçə hissəsində qeyri-sabit vəziyyət bu proseslərin başlanması üçün ciddi təhlükədir”, - deyə Paşinyan vurğulayıb.

N.Paşinyan, həmçinin, Sovet xəritələri əsasında hər iki ölkənin qüvvələrinin güzgü effekti əsasında geri çəkilməli olduğunu bildirib.