Bakıdakı Luna Parkda görülən işlər açıqlanıb

14:47 - 24.08.2021


24 avgust, Fineko/abc.az. Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Nizami Parkının (keçmiş “Luna Parkı”) yenidən qurulması layihəsi uğurla davam etdirilir.

ABC.AZ banker.az-a istinadən xəbər verir ki, plana əsasən Nizami Park layihəsi, mövcud ərazini Bakının başqa bir gözəl şəhər parkına çevirəcək.

Parkın çox hissəsi yaşıl bitkilərlə örtülüdür, bu da gəzinti və istirahət üçün rahat şərait yaradır. Bundan əlavə, parkda oyun meydançası, idman sahəsi, kafe və s. olacaq.

Ümumi mənzərənin ən gözəl hissələrindən biri, parka uyğunlaşdırılmış göl olacaq. Park tikintisi davam edən Ağ Şəhər layihəsinin ərazisinə daxildir. Yenidənqurmadan sonra parkın sahəsi iki dəfədən çox artacaq – indi 8,2 hektardırsa, abadlıq işlərindən sonra 16 hektar olacaq. 

 

Bütün xəbərlər