Bu şəhərin mənzil fondunun təmirinə 400 mindən çox pul ayrıldı - Tender

17:30 - 24.08.2021


24 avgust, Fineko/abc.az. Şəki Şəhər İcra Hakimiyyəti tenderin qalibini elan edib.

ABC.AZ-ın məlumatına görə, Şəki Şəhər İcra Hakimiyyəti 2021-ci il üçün mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi "TƏKAMÜL" MMC olub.

Şəki Şəhər İcra Hakimiyyəti qalibə 406 min 540 manat ödəyəcək.

 

Bütün xəbərlər