Dövlət Agentliyi 7 avtomobil alır - 365 min manatdan çox vəsait xərcləyəcək

14:57 - 25.08.2021


25 avgust, Fineko/abc.az. Dövlət Reklam Agentliyi Publik Hüquqi Şəxsi minik avtomobillərinin alınması ilə bağlı tenderə yekun vurub.

ABC.AZ xəbər verir ki, tenderin şərtlərinə görə, 2-si 1,6 litr mühərrikli sedan, 3-ü 1,8 litr mühərrikli sedan, 2-si isə 2,4 litr mühərrikli Pikap avtomobili olan 7 avtomobilin alınması nəzərdə tutulub.

Tenderin nəticələrinə görə, qalib "Toyota Absheron Merkezi" MMC olub. Agentlik sözügedən şirkətlə 365 330 manatlıq satınalma müqaviləsi bağlayıb.

 

Bütün xəbərlər