Mövqelərimiz atəşə tutulub - Nazirlik məlumat yaydı

10:10 - 26.08.2021


26 avgust, Fineko/abc.az. Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bütün xəbərlər