Krasnoyarskdan Bakıya uçuşlar başlayacaq - Tarix açıqlandı

26.08.2021,11:09


26 avgust, Fineko/abc.az. Krasnoyarskdan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, uçuş müddəti 5 saat 30 dəqiqə təşkil edəcək.

Məlumata görə, Krasnoyarsk hava daşıyıcısı payız cədvəlində Krasnoyarskdakı hava limanından dörd yeni istiqamət elan edib. Uçuşlar yaxın xaricə - Bakıya (Azərbaycan) və Fərqanəyə (Özbəkistan), eləcə də Tümen və Novosibirskə həyata keçiriləcək.