Nazirlik internet xidməti üçün 500 min manata yaxın pul ödəyəcək – Tender

12:30 - 26.08.2021


26 avgust, Fineko/abc.az. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tenderin qalibini elan edib.

ABC.AZ xəbər verir ki, Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin 2021-ci il üçün internet xidmətlərin göstərilməsi barədə tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi "Delta Telekom Ltd" MMC olub. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi qalibə 470 min 756 manat ödəyəcək.

 

Bütün xəbərlər