16:09 - 26.08.2021
26 avqust, Fineko/abc.az. Yay mövsümünün bitməsi ilə filiallara müraciət edən müştərilərin sayının intensivləşməsi və koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında müşahidə olunan artım və ilə bağlı olaraq, AccessBank müştərilərinə onlayn növbə xidmətindən istifadə etməyi tövsiyə edir.
Müştərilər AccessBank-ın https://myaccess.az/login/ onlayn ödəniş platformasına daxil olaraq, lazımi əməliyyatları həyata keçirə bilərlər. Əgər müştərilər onlara uyğun xidməti platforma vasitəsilə icra edə bilmirlərsə, o zaman onlayn növbə tutaraq, xidmət ala bilərlər. Bunun üçün müştərilər https://www.accessbank.az/az/private/online-queue/ daxil olaraq, lazımi xidməti seçərək onlara uyğun filialda öncədən onlayn növbə tuta bilərlər. Müştərilərdən filiala təyin olunmuş vaxtdan 5 dəqiqə öncə yaxınlaşmaları xahiş olunur. Onlayn növbə müştərilərə filialda növbə gözləməmək və vaxta qənaət etməyə imkan verir.
Onlayn növbə ən qısa müddətdə həmin gün, ən uzun müddətdə isə növbəti 9 iş gün üçün mümkündür.
Xidmət AccessBank-ın Bakı (Badamdar filialı istisna olmaqla) və Gəncə şəhərlərində yerləşən filiallarında aktivdir.
Onlayn növbə - vaxt itirmədən xidmətinizdə! Növbənizi onlayn götürün və vaxtınıza qənaət edin.
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
29 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024