Yeddi ayda kredit kartları ilə bu qədər əməliyyat aparılıb

11:02 - 27.08.2021


27 avgust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövriyyədə olan kredit və debet kartları ilə 19,617 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur.

Hesabat dövründə əməliyyatların əhəmiyyətli hissəsi (18,412 mlrd. manat) debet kartları, qalan 1,204 mlrd. manatı isə kredit kartları ilə həyata keçirilib.

Debet kartları ilə aparılan əməliyyatların 95,6% ölkə daxilində, qalan 4,4%-i isə ölkə xaricində həyata keçirilib.

 

Bütün xəbərlər