Yeddi ayda nəqliyyat sektorunda 100 milyon tondan çox yük daşınıb

12:06 - 27.08.2021


27 avgust, Fineko/abc.az. Yanvar-iyul aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 107,9 milyon ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3 faiz azalıb.

Yüklərin 56,8 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 3 faizi dəniz, 0,3 faizi hava nəqliyyatı, 32,1 faizi isə boru kəməri ilə daşınıb.

 

Bütün xəbərlər