İtaliyanın nəgəng aviaşirkəti bağlanır - Səbəb

30.08.2021,11:22


30 avgust, Fineko/abc.az. İtaliyanın ən iri aviaşirkəti Alitalia (Societa Aera Italiana) fəaliyyətini birdəfəlik dayandırmaq barədə qərar elan edib.

ABC.AZ xəbər verir ki, şirkət rəhbərliyi bunun səbəbi kimi uzun illər zərərlə işlədiyini əsas gətirib. Belə ki, artıq şirkət rəhbərliyi oktyabrın 15-dən sonra ləğv ediləcəyini açıqlayıb.

Qeyd edək ki, 75 yaşlı Alitalia-nın əsas uçuş bazası Roma şəhərinin “Leonardo da Vinçi” hava limanıdır.

Müəllif: Elmir Murad