Bu nazirliklərin avtomobilləri satışa çıxarılır - 25 faiz endirim var

11:50 - 30.08.2021


30 avgust, Fineko/abc.az. 21 sentyabr 2021-ci il tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, hərracda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və  Kənd Təsərrüfatı Nazirliyinə məxsus avtomobillər də satışa çıxarılıb.

Siyahı ilə linkdə tanış ola bilərsiniz.

Qeyd edək ki, 23-24-cü sətirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 25-26-cı sətirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarının balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər