330x110
 

“AzSığorta”da bu göstəricilər üzrə geriləmələr davam edir – Hesabat

30.08.2021,12:32


30 avgust, Fineko/abc.az. Azərbaycan sığorta bazarının iştirakçılarından olan “AzSığorta” şirkətinin satışı, o cümlədən yığımları düzəlmirki düzəlmir.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, adıçəkilən şirkətin satışı vı yığımları azalmaqda davam edir.

Belə ki, 2021-ci ilin yanvar-iyul ayları üzrə şirkətin yığımları kəskin azalıb.

Son bir illə (2020 yanvar-iyul) müqayisədə şirkətin yığımlarının həcmi 5,512 min manat və ya 27,16% azalaraq 6,475 mln. manata düşüb.

Yığımlardakı azalmadan fərqli olaraq, hesabat dövründə şirkətin müxtəlif sığorta hadisələləri üzrə ödədiyi vəsaitlərin həcmində kəskin artım müşahidə olunub. Bu dövrdə “AzSığorta”nın ödənişləri 1,623 mln. manat və ya 54,59% artaraq 4,596 mln. manata çatıb.