İndiyə kimi nə qədər ipoteka krediti verilib?

12:01 - 31.08.2021


31 avgust, Fineko/abc.az. 2006-cı ildən başlayaraq İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən verilən ipoteka kreditlərinin ümumi məbləği 1,9 milyard manat təşkil edib.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu vəsait hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 34,77 min olub.

Bu vəsaitin 619,9 milyon manatı güzəştli kateqoriyaya daxil olan şəxslərə verilib.

Bununla yanaşı, ipoteka kreditlərinin 70 faizi gənclərin və gənc ailələrin payına düşüb: "Bu il üçün İKZF-ə dövlət büdcəsindən ayrılan vəsait 87,5 milyon manat təşkil edir. Bu vəsaitin 71 milyon manatı nizamnamə kapitalının artırılması, 16,5 milyon manatı sahibkarlıq subyektlərinə verilmiş kreditlərə görə hesablanmış faizlər üzrə subsidiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulub" deyə İKZF-dən bildirilib.