17:06 - 31.08.2021
31 avgust, Fineko/abc.az. Avqustun 30-da Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə 250-ə yaxın mehmanxana nümayəndəsi ilə onlayn görüş keçirilib.
DTA-dan ABC.AZ-a daxil olan məlumata görə, görüşdə ölkə ərazisində fəaliyyət göstərən mehmanxanaların xüsusi karantin rejimi dövründə fəaliyyətinə dair tələblər müzakirə olunub.
DTA nümayəndələri iştirakçılara COVID-19 pasportunun tələb olunduğu qonaq kateqoriyası, qonaqlardan COVID-19 pasportunun tələb olunacağı tarix, dozaların sayı, eləcə də mehmanxanada çalışan işçilərin peyvənd olunması ilə bağlı tələblərə dair ətraflı izahlar veriblər.
Əlavə olaraq mehmanxana nümayəndələrinə 1 sentyabr tarixindən etibarən işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olmasının tələb edildiyi ilə bağlı xatırlatma edilib.
Nazirlər Kabinetinin 151 saylı qərarına əsasən 1 sentyabr 2021-ci il tarixindən mehmanxanalarda qapalı məkanlarda yalnız 2-ci doza vaksini qəbul etmiş, immunitet arayışı və ya əksgöstəriş sertifikatı olan şəxslərə xidmət göstəriləcək.
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024