Azərbaycan idxal şərtlərini dəyişib - 23 ölkə ilə

11:51 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. Bütün canlılar kimi bitkilər arasında da xəstəlik olub, var və olacaq. Müxtəlif dövrlərə uyğun olaraq bəzi müasir, virus mənşəli xəstəliklər də ortaya çıxır.

ABX.AZ xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli "Ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi" ilə bağlı mətbuat konfransında deyib.

O qeyd edib ki, hər bir ölkənin götürdüyü öhdəliklər var: "İxrac zamanı idxalçı ölkənin ərazisində bitki mənşəli xəstəliklərin yayılmaması üçün öhdəlikləri yerinə yetirməlidir".

Q. Təhməzli bildirib ki, ölkə ərazisinə idxal olunan tərəvəz bitkilərinin toxumlarının virus və bakteriyalardan azad olunması ilə bağlı bağlı 23 ölkə ilə idxal şərtləri dəyişdirilib.

 

Bütün xəbərlər