10:18 - 5.04.2018
5 aprel, Fineko/abc.az. Aprelin 4-də Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi rayonunda ASAN xidmət mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində 2018-ci ilin dövlət büdcəsindən 5 milyon manat ayırır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək, Azərbaycan Maliyyə Nazirliyinə isə maliyyələşdirilməni təmin etmək tapşırılıb.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, yeni üslubda vətəndaşlara daha keyfiyyətli və rahat xidmət göstərilməsi və müasir innovasiyalardan istifadə edilməsi məqsədilə yaradılan ASAN xidmət mərkəzləri fəaliyyətinin başlanğıcından qısa müddət ərzində ölkə əhalisinin səmimiyyətini qazanmışdır.
Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı və Qubada yaradılan ASAN xidmət rayon mərkəzlərinin fəaliyyətinin başlanması nəticəsində vətəndaşların dövlət xidmətlərinin istifadəsini təmin etmək üçün 1500 yeni iş yeri açılmışdır.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024