Ordumuz tərəfindən heç bir atəş açılmayıb - Müdafiə Nazirliyi

16:44 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. Bu gün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır.

ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər. Qeyd olunub ki, bu gün məlumatda göstərilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb:

"Bildiririk ki, Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalıq və nizamnamədən kənar münasibətlərin nəticəsidir və bu hadisələrin Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur".

 

Bütün xəbərlər