Sabunçuda mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır

17:06 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. “Azərsu” ASC daxili imkanları hesabına Sabunçu rayonunun  Zabrat, Maştağa, Bilgəh və Pirşağı qəsəbələrində yeni mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradır.

Bu barədə ABC.AZ-a Cəmiyyətdən məlumat verilib.

Qeyd edilir ki, istehlakçıların su təminatının yaxşılaşdırılması məqsədilə 5,8 km uzunluğunda paylayıcı su xətlərinin tikintisinə başlanılıb.

Eyni zamanda, Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərin sosial-məişət problemlərinin həllinə dəstək olaraq Sabunçu rayonunda  21 şəhid ailəsi və qazisinin yaşadığı ərazilərdə ümumilikdə 5,1 km uzunluğunda yeni şəbəkə yaradılır. Bu işlər çərçivəsində ümumilikdə 1400-dən çox ailənin içməli su təminatı yaxşılaşacaq.

 

Bütün xəbərlər