330x110
 

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirildi

05.04.2018,12:22


5 aprel, Fineko/abc.az. Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının XİN rəhbərlərinin konfransının açılış mərasimi keçirildi.

Açılış mərasimində Azərbaycanın prezidenti İlham Əliyev, Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər naziri Jorje Arreaza Monzerrat, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Elmar Məmmədyarov, BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak iştirak edirlər.

Nazirlər konfransına sədr seçkisi keçirildi. Səsvermə nəticəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransa sədr seçildi.

İki günlük iclasda, Qoşulmama Hərəkatında iştirak edən, dövlətlərin və beynəlxalq təşkilatların müşahidəçiləri statusunu almış nümayəndələri, habelə xüsusi qonaq qismində iştirak edən dövlət və qurumların nümayəndələri beynəlxalq sülh və təhlükəsizliyin ən aktual məsələləri barədə fikir mübadiləsi aparacaqlar.

XİN rəhbərlərinin iclasının yekununda, aprelin 6-da Bakı Bəyannaməsi qəbul ediləcək.

Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan Hərəkata, 2011-ci ildə Balidə keçirilən XVI Nazirlər Konfransında qoşulub.

2019-cu ildə Azərbaycan, Hərəkatın XVIII sammitinə ev sahibliyi edəcək. 2019-2022-ci illərdə Azərbaycan Respublikası Qoşulmama Hərəkatına rəhbərlik edəcək.

 

 

Açar sözlər: Qoşulmama Hərəkatını